Dünya futbolu
Klopp “Liverpul”dan ayrılır – Rəsmi
Yurgen Klopp “Liverpul”dan ayrılmaq barədə qərar verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib.
Almaniyalı mütəxəssis bu mövsümün sonunda klubdan ayrılacağını elan edib. O, bununla bağlı açıqlama da yayıb:
“Mən başa düşürəm ki, bu xəbəri ilk dəfə eşidəndə çoxunuz şokada düşəcəksiniz. Amma açıq-aydın bunu izah edə bilərəm. Mən bu klubla bağlı hər şeyi sevirəm – şəhəri, azarkeşləri, komandanı, onun personalını… Amma hər halda bu qərarı verməyim o deməkdir ki, mən əminəm ki, bu, mənim verməli olduğum qərardır.
İş ondadır ki, necə deyim, enerjim tükənir. İndi heç bir problemim yoxdur. Əlbəttə, nə vaxtsa bunu elan etməli olacağımı çoxdan bilirdim. İndi tamamilə yaxşıyam. Bilirəm ki, bu işi təkrar-təkrar görə bilmərəm”.
Xatırladaq ki, Klopp 2015-ci ilin oktyabrından “Liverpul”a başçılıq edir. Onun rəhbərliyi altında “qırmızı”lar Çempionlar Liqası, İngiltərə çempionatı, İngiltərə kuboku və Liqa kuboku, UEFA superkuboku və klublararası dünya çempionatında qalib olublar.
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq