Ölkə futbolu
Klublar Komitəsi bu gün toplanır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
AFFA Klublar Komitəsi növbəti dəfə toplaşır. Qurum üzvləri bu gün assosiasiyanın inzibati binasında bir araya gələcək.
Futbolinfo.az xəbər verir ki, iclasda bir sıra məsələlərin müzakirəsi gözlənilir. Əsas üstünlük yeni mövsümlə bağlı müzakirələrə veriləcək. Misli Premyer Liqasında iştirakçı sayı, legioner limiti və s. məsələlərlə bağlı danışılacaq, eyni zamanda klubların təklifləri dinləniləcək.
AFFA-da rəhbər dəyişikliyindən sonra artıq bir dəfə bir araya gəlmiş komitə üzvləri indi konkret təkliflərlə çıxış etməli, vacib məsələlərlə bağlı mövqeyini bildirməlidir. Təkliflər ümumiləşdirildikdən sonra AFFA İcraiyyə Komitəsinin mayın ortasında keçiriləcək iclasında qərarlar veriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-24 02:35
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-24 08:52
“Neftçi” onun üçün 500 min dollar təklif edib
- Ölkə futbolu2024-07-24 09:24
“Qarabağ” “Qalatasaray”ı ötdü – avrokubokun son 10 ilinə görə
- Ölkə futbolu2024-07-24 08:17
“Neftçi”nin hədəfindəki futbolçu: “Gələcəyimdən əmin deyiləm”