Ölkə futbolu
Klublar Komitəsində nələr müzakirə olunub?
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev və Misli Premyer Liqası klublarının nümayəndələri iştirak ediblər.
Yuxarıdakı iki cümlə qurumun rəsmi saytından götürülüb. Müzakirə edilən məsələlərlə bağlı heç bir açıqlama gözə dəymir. Nə komitə sədri Fariz Nəcəfovun fikirləri, nə də AFFA-nın informasiya xarakterli məlumatı yoxdur.
Bağlı qapılar arxasında nələrin müzakirə olunduğunu detallı bilməsək də, müəyyən bilgi əldə edə bilmişik. Klublar onlara AFFA tərəfindən ödənilən yardımın bir milyonunun uşaq futboluna ayrılmasının tələb kimi qoymasını istəmir. Onlar xərclərin istiqamətləndirilməsi üçün azadlıq arzulayır, assosiasiya isə güzəşt etmək niyyətində deyil.
Nəyi müzakirə etdikləri, necə razılaşacaqları öz işləridir. Amma klubların uşaq futboluna ayrılan maliyyəni transferlərə yönəltmək xasiyyəti çoxdanın “xəstəliyidir”. Və artıq bunu tələb etməyə başlayıblar. Lakn klubların haqlı olduğu məqamlar da var. Belə ki, ayrılan maliyyənin fazilərə bölünərək hesabat istənilməsi bir növ klubların daxili işinə müdaxilədir. Ümid edək bu müzakirələr faydalı olar və nəticəsi barədə də ictimaiyyət məlumatlandırılar.