Dünya futbolu
Klubu bəyanat yaydı – Ronaldo qeyri-etik jest edib?
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Kriştianu Ronaldo ilə bağlı qalmaqal barədə bəyanat yayıb.
“Ronaldo zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədən zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”, – klubunun açıqlamasında deyilir.
Qeyd edək ki, daha əvvəl Kriştianunun Səudiyyə Ərəbistanından deportasiya oluna biləcəyi barədə xəbər yayılıb. Məlumata görə, buna səbəb portuqaliyalı futbolçunun “Əl-Hilal”a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.
İddia edilirdi ki, hücumçu meydançanı tərk edərkən “Messi” şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib. Nuf ibn-Əhməd adlı vəkil Ronaldonu məhkəməyə verdiyini açıqlayıb.
Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 11 matçda iştirak edib, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var