Ölkə futbolu
“Komanda olaraq bunu bacaracağıq”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Biz kubok matçında yaxşı iş gördük. Oyuna kökləndik və qələbəni əldə etdik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Belajdi Pusi deyib.
Alban futbolçu Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Göygöl” üzərindəki 5:1 hesablı qələbədən danışıb.
O, həmçinin Misli Premyer Liqasının son 3 turundakı məğlubiyyətdən söz açıb: “Biz bilirik ki, daha yaxşısını etməyə qadirik. Bunu bacarmaq üçün gücə və keyfiyyətə sahibik. Klubdakı insanların etimadını doğrultmalıyıq, azarkeşləri sevindirməliyik. Amma futbolda bəzən bu cür hallar olur, ardıcıl məğlubiyyətlər gəlir. İşlər yolunda getmir və uduzursan. Amma əsas odur ki, belə hallara tez reaksiya verə biləsən və yaxşı nəticə qazanasan. Düşünürəm ki, komanda olaraq bunu bacaracağıq”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə