Dünya futbolu
Krivotsyukdan Cənubi Koreyada ilk qırmızı vərəqə
Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Suvon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb – 3:5.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Milli üzvü 76-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
“Daejeon” hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları