Dünya futbolu
Kurtua AÇ-2024-ü buraxacaq
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Real”ın belçikalı qapıçısı Tibo Kurtua 2024-cü ildə keçiriləcək Avropa çempionatına getməyəcəyini klubuna bildirib.
Futbolinfo.az “Marca”ya istinadən xəbər verir ki, belçikalı qolkiper avqustda aldığı ağır diz zədəsindən sonra hazırda reabilitasiya ilə məşğuldur. O, 2024-cü ilin may ayına qədər oynaya bilməyəcək.
Belçika millisi AÇ-2024-də E qrupunda Slovakiya, Rumıniya və Millətlər Liqasının pley-off mərhələsinin B yolunun qalibi ilə qarşılaşacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)