Dünya futbolu
La Liqadan Braziliya klubuna
İspaniyanın “Malyorka” klubu yarımmüdafiəçisi Rodriqo Battalya ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Argentinadan olan 31 yaşlı futbolçu La Liqa təmsilçisini Braziliyanın “Atletiko Mineyro” klubuna dəyişib.
Mineyro təmsilçisi bu transferə görə İspaniya klubuna 800 min avro ödəyib. Tərəflər arasındakı müqavilə 2024-cü ilin 31 dekabrına kimi nəzərdə tutulub.
Battalya 2021-ci ilin yayından “Malyorka”da forma geyinirdi. Bu komandada 49 matça çıxmış futbolçu daha öncə “Sportinq” (Lissabon), “Moreyrense”, “Hurakan”, “Alaves”, “Rasinq”, “Rosario Sentral”, “Çaves” kimi klubların da şərəfini qoruyub. O, Argentina yığmasında da 2 oyun keçirib.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda