Digər idman növləri
Lebron Ceyms daha bir göstəricidə Kobi Brayanta çatdı
MBA-da, Solt Leyk Sitidə “Yuta Caz” “Los-Anceles Leykers”i qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Görüşdə maraqlı hadisə baş verib. “Leykers”in ulduz forvardı Lebron Ceyms oyunu 37 xal, 6 ötürmə və 5 ribaundla başa vurub. Ən əsası isə o, son saniyələrdə qələbə atışını yerinə yetirib.
Beləliklə də Ceyms karyerası ərzində 40-cı dəfə son 30 saniyə ərzində komandasını önə keçirən atışın sahibi olub. Bu göstəriciyə görə Lebron beşqat çempion Kobi Brayantla bərabərləşib. Mərhum basketbolçu və Lebronun göstəricisi NBA-da son 25 ildə ən yaxşıdır.
Hazırda ulduz forvardın komandası turnir cədvəlində yerini bir qədər yaxşılaşdırıb. Mövsümün əvvəlində Lebronun zədəli olmasına görə cədvəldə son yerlərdə qərarlaşan “Leykers” pley-offa vəsiqə verən 6-cı pillədədir.
Müntəzəm çempionatın sonuna isə 3 oyun qalıb. “Leykers”in qarşıdakı oyunu eyni şəhəri təmsil edən və onlarla eyni xal toplayan “Klippers”lə olacaq.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda