Dünya futbolu
Lempard rəsmən “Çelsi”də!
İngiltərənin “Çelsi” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi sabiq baş məşqçisi Frenk Lempardla anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssis mövsümün sonunadək “zadəganlar”a rəhbərlik edəcək.
Lempard baş məşqçi postunda aprelin 2-də istefaya göndərilmiş Qrem Potteri əvəzləyib.
Xatırladaq ki, 2001-2014-cü illərdə “Çelsi”də oynamış keçmiş yarımmüdafiəçi 2019-2021-ci illərdə komandanın sükanı arxasında olub.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir