Dünya futbolu
Leo zirvəyə şərik oldu
Lionel Messi bir Dünya Çempionatında 3 oyunda həm qol vuran, həm də məhsuldar ötürmə edən ilk oyunçu oldu. Argentinalı dünən Xorvatiya ilə yarımfinal oyununda penaltidən yararlandı, daha sonra 3-cü qolun ötürməsini verməklə rekordunu yenildi.
Futbolinfo.az xəbər verir ki, o, mundiallar tarixində qol + məhsuldar ötürmə sayında da zirvəyə şərik oldu. Miroslav Kloze, Ronaldo Nazario və Herd Müller kimi Messi də 19 qolun vurulmasında birbaşa iştirak edib. Finalda vurulacaq qol və ya ediləcək assist onu şəriksiz liderə çevirəcək.
Lionel eyni zamanda yığmada şəxsi rekordunu da yeniləyib. 2005-ci ildən millidə çıxış edən futbolçu il ərzində qol sayını 16-ya çatdırıb. O, 2006-dan bəri hər il millidə ən azı 1 qol vursa da, heç vaxt bu qədər məhsuldar olmamışdı. Lionelin bu ilədək ən yüksək göstəricisi 2012-də qeydə alınmışdı – 12 qol.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…