Dünya futbolu
“Lester” Benitesdən cavab gözləyir
Brendan Rocersi istefaya göndərən “Lester” hələ də yeni baş məşqçi tapmayıb. Klub rəhbərliyi bu həftə boş qalmış postu doldurmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada vəziyyəti yaxşı olmayan, elitanı tərk etməsi real görünən “tülkülər” danışıqlarda çətinlik çəkir. Belə ki, məsuliyyəti üzərinə götürüb komandanı güclülər arasında saxlamağı vəd edən yoxdur. Klub rəhbərliyi isə məhz bunu bacaracaq mütəxəssis axtarır.
Hələlik “Lester”in əsas hədəfi Rafael Benitesdir. İngiltərədə iş təcrübəsi olan ispan mütəxəssislə danışıqlar davam edir. 62 yaşlı məşqçi uzunmüddətli müqavilə tələb edir, “Lester” isə yalnız mövsümün sonuna kimi anlaşma tərəfdarıdır. Klub Premyer Liqada qalacağı təqdirdə anlaşma uzadılacaq.
Sonuncu dəfə “Everton”da işləmiş, ötən ilin yanvarında istefaya göndərilmiş Benites yekun qərarını həftə ərzində bildirməlidir.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda