Bizi izləyin

Müsahibə

Letiç üçün göydəndüşmə fasilə: “Bakıdakı ilk oyunda hər şeyi həll edə bilərdik”

blank
blank

“Sabah” klubunun serbiyalı sol cinah müdafiəçisi Boyan Letiçin futbolinfo.az saytına müsahibəsi

– Konfrans Liqasındakı debüt ilinizdə ilk mərhələni adlasanız da, “Partizan” səddinə “ilişdiniz”. Bakıdakı 2:0 hesablı üstünlüyü səfərdə qorumağınıza nə mane oldu?

– Fikrimcə, Bakıdakı ilk oyunda hər şeyi həll edə bilərdik. Çünki matçı yüksək səviyyədə keçirmişdik. Məncə, həmin qarşılaşmada hesab 3:0 və ya 4:0 olmalı idi. İlk görüşdə əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilsəydik, hər şey başqa cür nəticələnərdi. Lakin bu oyun artıq geridə qalıb. İndi yalnız qarşıdakı matçlara diqqətimizi yönəltməliyik.

– Premyer Liqanın cari mövsümünə “Qəbələ” üzərində böyükhesablı qələbə ilə başlasanız da, sonradan uğursuz nəticələrlə yadda qaldınız. Bu, nə ilə bağlıdır?

– “Partizan”la səfər oyunundakı məğlubiyyət komandaya bir qədər təsir etdi. Fikrimcə, növbəti matçlarda hər şey qaydasına düşəcək. Qələbə seriyamıza qayıtmaq üçün bir qalibiyyət kifayətdir.

– Belə bir məqamda millinin oyunları ilə əlaqədar fasilənin yaranması yəqin ki, sizin xeyrinizə oldu. Fasilədən lazımınca yararlana bildiniz?

– Həqiqətən də, yığmanın oyunlarına görə fasilənin yaranması yerinə düşdü. Bu fasilə bizə özümüzə gəlmək və növbəti oyunlara daha yaxşı hazırlaşmaq üçün imkan verdi. İnanıram ki, qarşıdakı matçlarda yaxşı nəticələr qazanacağıq.

– Fasilədən sonrakı ilk oyun son çempion “Qarabağ”a qarşı olacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Ümid edirəm, bu dəfə də azarkeşlər baxımlı, maraqlı görüşün şahidi olacaqlar. Biz hər matça qələbə üçün çıxırıq. Bu oyunda da 3 xal üçün mübarizə aparacağıq. Bazar günü meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik.

– “Sabah”ın son transferləri haqda hansı fikirdəsiniz?

– Onlarla artıq bir neçə məşqdə iştirak etmişik. Hər biri tanınmış, yaxşı karyeraya malik futbolçudur. Məqsədlərimizə çatmaqda bizə kömək edəcəklər.

– Bu mövsüm “Sabah” çempionluğa real namizədlərdən sayılır. Necə düşünürsünüz, “Qarabağ”ın titulunu əlindən ala biləcəksiniz?

– Bu mövsüm çox maraqlı keçəcək. Bunu elə ilk turlardan görmək mümkündür. Hər bir komanda qələbə qazanmağa qadirdir. Mövsümə istədiyimiz kimi başlaya bilmədik. Lakin əlimizdən gələni edəcəyik ki, sonadək çempionluq mübarizəsi aparaq, ən azı ötən mövsümdəki nəticəmizi təkrarlayaq.

– Öz mövqeyinizə görə Azərbaycana gəlmiş ən yaxşı futbolçulardan biri sayılırsınız. Maraqlıdır, sizinlə eyni mövqedə oynayan və hazırda Azərbaycan çempionatında çıxış edən hansı futbolçunu bəyənirsiniz?

– Xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycan çempionatında mənim mövqeyimdə oynayan kifayət qədər yaxşı futbolçu var. Lakin ad çəkmək istəmirəm.

– Azərbaycan çempionatında hansı futbolçuya qarşı oynamaq sizə çətin və zövqlü gəlir?

– Mən yalnız öz oyunuma köklənirəm, başqa oyunçular barədə düşünmürəm. Bundan sonrası çox asan olur.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2023-09-13 15:00

Letiç üçün göydəndüşmə fasilə: “Bakıdakı ilk oyunda hər şeyi həll edə bilərdik”

blank
Dünya futbolu2023-09-13 14:46

Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşdi

blank
Digər idman növləri2023-09-13 14:31

Azərbaycan çempionatının püşkü atılıb

blank
Ölkə futbolu2023-09-13 14:15

“Sabah”da əlcəzairli məşhur hücumçu

blank
Digər idman növləri2023-09-13 14:00

MBA-da yeni mövsümün reytinqi açıqlandı

blank
Ölkə futbolu2023-09-13 13:43

“Barselona” “el klasiko”ya xüsusi forma ilə çıxacaq

blank
Ölkə futbolu2023-09-13 13:28

Qurban Qurbanov barədə bu sözləri yazdı

blank
Digər idman növləri2023-09-13 13:14

AÇ: Azərbaycan şahmatçıları liderlər sırasındadırlar

blank
Milli komanda2023-09-13 13:00

Yığmamızın Avropa Superfinalı üçün heyəti açıqlandı

blank
Milli komanda2023-09-13 12:46

Azərbaycan millisinin Kiprlə oyununun hakimləri bəlli oldu

blank
Müsahibə2023-09-13 12:30

Juninyo söz verdi: “Zirvəyə qayıdacağıq”

blank
Ölkə futbolu2023-09-13 12:14

Yeni mövsümün püşkü atılacaq

blank
Dünya futbolu2023-09-13 11:57

La Liqadan qeyri-adi addım

blank
Ölkə futbolu2023-09-13 11:38

Kadinin sayəsində…

blank
I Liqa2023-09-13 11:21

I Liqada mövsümə start verilir

blank
Ölkə futbolu2023-09-13 11:00

Hakim-inspektorlar üçün danışılmış oyunlarla bağlı seminar

blank
Digər idman növləri2023-09-13 10:45

Ulduz idmançı dopinqə görə 4 il cəza aldı

blank
Milli komanda2023-09-13 10:27

Trossard Bakıdakı zəif oyunun səbəbini açıqladı

blank
Müsahibə2023-09-13 10:10

Azzaui təəccüblənib: Premyer Liqanı belə təsəvvür etmirmiş

blank
Dünya futbolu2023-09-13 09:55

Sautqeytdən Maquayra dəstək: “Belə olmaz”

blank
Dünya futbolu2023-09-13 09:37

Argentinadan rahat, Braziliyadan çətin qələbə

blank
Dünya futbolu2023-09-13 09:19

“Qarabağ”ın rəqiblərinin yekun heyəti

blank
Dünya futbolu2023-09-13 08:56

İngilislərin 600-cü qələbəsi

blank
Dünya futbolu2023-09-13 08:30

Poqba “məsləhətli qida” üzündən problem yaşayır

blank
Dünya futbolu2023-09-13 08:15

“Milan” Donnarummanın dönüşünü istəmir

blank
Milli komanda2023-09-13 08:00

Aldadıcı qələbə

blank
Dünya futbolu2023-09-13 01:37

İspaniya, İtaliya və Belçika yığmalarından qələbə

blank
Dünya futbolu2023-09-13 00:24

AÇ-nin seçmə mərhələ oyunu azarkeşlərə görə 50 dəqiqə dayandı

blank
Milli komanda2023-09-12 23:58

Azərbaycan yığması seçmə mərhələyə məğlubiyyətlə başladı

blank
Milli komanda2023-09-12 22:35

“İstəyimizə nail olduq” – De Byazi

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

Facebook

Gündəm