Dünya futbolu
Levi Keynin əfsanə olmasını istəyir
“Tottenhem”in sahibi Daniel Levi Harri Keynin komandada qalmasını istəyir. Parlaq karyerasına rəğmən, titula həsrət qalan oyunçunun yayda getmək istəməsi onu narahat edir.
Futbolinfo.az xəbər verir ki, Levi gələn təkliflərə rəğmən, İngiltərə millisinin üzvünü heyətdə saxlamağa çalışır: “Keyn “Tottenhem”də azı bir kubok qazana bilər, amma klubun əfsanəsi kimi tarixə düşməsi daha önəmlidir. Bir gün stadionumuzun qarşısında onun heykəlini qoyacağımıza ümid edirəm. Artıq “Tottenhem”in ən məhsuldar futbolçusu olmaqla tarixə düşüb”.
Levinin açıqlamalarından da aydın olur ki, Keyni komandada saxlamaq olmayacaq. Hücumçu daha böyük uğurlar qazanmaq üçün iş yerini dəyişmək istəyir. Yayda onun çoxsaylı təkliflərdən birini dəyərləndirəcəyi gözlənilir.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var