Digər idman növləri
Liderlərdən növbəti qələbə
Qadın həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatının 9-cu turunda liderlər qrupunda qərarlaşan klublar növbəti qələbələrini qazanıblar.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğradıblar.
Bu nəticələrdən sonra xallarının sayını 16-ya çatdıran “Qarabağ” liderliyini davam etdirib. Onun ən yaxın izləyicisi olan “Azəryol” isə xal ehtiyatını 15-ə çatdırıb.
Qadınların çempionatında turun son görüşü fevralın 4-də baş tutacaq. Həmin gün “Kür” “Gənclər Birliyi” ilə qarşılaşacaq.
Qeyd edək ki, kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları fevralın 3-4-də reallaşacaq.
- Ölkə futbolu2024-07-17 10:25
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 08:32
Kloze də Mahiri istəyir, əlcəzairlilər də: o isə “Qarabağ”a can atır