Dünya futbolu
“Liverpul” risk etmək istəmir
“Liverpul” transfer siyahısında olan Manu Konedən əlini üzüb. İngiltərə təmsilçisi maraqlı profili olan futbolçuyla maraqlanır, lakin əsas hədəflərindən biri deyil.
Futbolinfo.az xəbər verir ki, mersisaydlılar hazırda oyunçu seçimində risk etmək istəmir. Bəlli büdcə komandanı gücləndirəcəyinə əmin olduqları futbolçulara yönəlib. İngilislər Konenin transferini riskli sayır.
Münhenqladbax “Borussiya”sı isə futbolçunu bu yay satmaq arzusundadır. Almanlar heyəti ciddi şəkildə yeniləmək niyyətindədir və bu üzdən rəqabətin böyük olduğu bəzi mövqelərdə sayı azaltmaq istəyir. Lakin futbolçunu 30 milyon avrodan baha satmaq istəyi onlara əngəl ola bilər.
22 yaşlı fransalının klubla daha iki illik müqaviləsi var. 2021-ci ildə “Tuluza”dan 9 milyon avroya transfer olunan futbolçu zədə üzündən uzun müddətdir oynamır. “Liverpul”u ehtiyatlı davranmağa vadar edən də məhz bu məqamdır.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama