Dünya futbolu
Lorisə əvəzləyici tapıldı
“Tottenhem” yeni qapıçı axtarışlarını davam etdirir. Danışıq apardığı əlcək sahibləri ilə ortaq məxrəcə gələ bilməyən londonlular indi də gözünü İtaliyaya dikib.
Futbolinfo.az xəbər verir ki, “Tottenhem” “Napoli”nin qolkiperi Aleks Mereti transfer etmək istəyir. A Seriyasının lideri oyunçusuna 40 milyon avro qiymət qoyub. Keçidin reallaşması üçün həm Neapol təmsilçisinin tələbini yerinə yetirmək, həm də qapıçının özünü razı salmaq lazımdır.
İtaliya millisinin 26 yaşlı üzvü 5 ildir “Napoli”də oynayır. Daha öncə SPAL-da, həmçinin yetirməsi olduğu “Udineze”də çıxış etmiş qapıçının hazırkı müqaviləsi gələn yay başa çatacaq. “Tottenhem” onu 11 ildir komandada çıxış edən Uqo Lorisə əvəzləyici kimi görür. Fransa millisinin 36 yaşlı qapıçısının birillik müqaviləsi qalıb və karyerasını başa vurmağa hazırlaşır.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları