Bizi izləyin

Müsahibə

“Mənim kiməsə ağız açan vaxtım deyil”

blank

Azərbaycan millisinin sabiq futbolçusu, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” klublarında, həmçinin Türkiyədə “Sivasspor”, “Boluspor” və “Mersin İdman Yurdu” kimi komandalarda forma geyinmiş İlqar Qurbanovun müsahibəsi

  • 2019/2020 mövsümünün sonunda klubsuz qaldınız. Hazırda futbolla əlaqəniz var, yoxsa tamam kənarlaşmısınız?
  • Açığı, müharibə və pandemiya səbəbindən hələ futbol barədə heç nə fikirləşmirəm. Cəbhədən gələn xəbərləri düşünürəm. İndi futbolu düşünmək mənasızdır. Müharibə qurtarsın, karyeramla bağlı dəqiq qərar verərəm. Bu gün üçün hər şey 50/50-dir. Karyeramı bitirə də bilərəm. Qış fasiləsini gözləyirəm.
  • Yəqin ki, fərdi qaydada məşq edirsiniz…
  • Bəli, həm sağlamlıq, həm də formada qalmaq üçün məşq edirəm. Yəni özümə fikir verirəm.
  • Hansısa komandanın düşərgəsində daha yaxşı hazırlaşmaq üçün Premyer Liqa təmsilçilərinə müraciət etməyi düşünürsünüz?
  • Özüm kiməsə ağız açmaram ki, gəlib sizinlə məşq edim. Amma təklif olsa, düşünərəm. Çünki Azərbaycan futboluna 20 ildən çoxdur xidmət edirəm. Kiməsə ağız açan vaxtım deyil. Hamı xasiyyətimi yaxşı bilir. Dəvət etsələr, gedərəm.
  • 34 yaşınız var. Bu gün Azərbaycan futboluna İlqar Qurbanov lazımdır?
  • Bəli, mənə həm təcrübə, həm də futbol baxımından hərtərəfli ehtiyac var. Təcrübəli futbolçu nə üçün lazımdır? Hər sahədə təcrübəli insana ehtiyac duyulur. Təəssüf ki, bizdə bu amildən istifadə etmirlər. Ona görə də futbolumuzda vəziyyət yaxşı deyil. Elə yerli futbolçular var ki, nəinki 30 yaşdan sonra, hətta 27-28 yaşında karyeralarını bitirirlər.
  • Bu nə ilə bağlıdır?
  • Komanda sayı azdır, ölkəyə çox sayda zəif legioner dəvət olunur. Bununla yerli futbolçuları küsdürürlər. Kimin xarakterində zəiflik varsa, istək yoxdursa, erkən yaşda futbolla vidalaşır. Əslində belə olmamalıdır. Sən 31 – 33 yaşlı zəif legionerlər gətirirsən və 27-28 yaşlı yerli oyunçu əcnəbiyə görə kənarda qalırsa, bu, biabırçılıqdır.
  • Dünən “Qarabağ”ın Avropa Liqasında Türkiyə “Sivaspor”una 0:2 hesabı ilə uduzduğu oyunu izlədiniz?
  • Bəli, oyuna baxdım. Sabiq komandalarım oynayırdı. Təbii ki, “Qarabağ”a azarkeşlik edirdim. Son vaxtlar komanda sıx qrafikdə oyun keçirir. Ardıcıl səfərlər, iki cəbhədə mübarizə aparmaq sanki komandanı yorur. Dünənki matçda da şanssız qollar buraxdılar. Xal götürmək olardı. Çünki “Sivasspor” oyunda elə böyük üstünlüyə malik deyildi. Amma “Qarabağ” qol yollarında bir az çətinlik çəkdi. Bəlkə də qol vursaydılar, hər şey fərqli olardı.
  • Komanda oyuna faktiki olaraq hücumçusuz çıxmışdı…
  • Razıyam. Lakin “Sivasspor” özü də müdafiədə yaxşı oynadı. Əslində matçdan öncə rəqibin hücum xəttinin güclü olduğunu xüsusi qeyd etmişdim. Amma meydanda tam olaraq gözlədiyim komandanı görmədim. Türkiyə çempionatını yaxından izləyirəm. “Sivasspor” əks-hücumlarda çox yaxşıdır. Dünən əsas forvardları ehtiyatda idi. İstənilən halda “Qarabağ” ən azı heç-heçə edə bilərdi. Lakin erkən buraxılan qol planları pozdu.
  • Qrupda xalı olmayan yeganə komanda “Qarabağ”dır. Azərbaycan çempionunun pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
  • Düzdür, şans var, amma çox çətindir. “Sivasspor”un da işi asan olmayacaq. Püşkatmadan sonra məndən müsahibə götürmüşdülər və qrupun favoritlərinin hansı komandalar olduğunu soruşmuşdular. Hamı “Sivasspor”u şanslı saysa da, mən “Makkabi”nin adını çəkmişdim. İsrail təmsilçisi bir az tərs komandadır. “Qarabağ”ın işi çətindir. Tez-tez səfərlər olur, öz meydanında oynamır. Ümid edirəm ki, qalan oyunlarda xallar toplayıb, qrupdan çıxarlar.
  • Azərbaycan Premyer Liqasında maraqlı vəziyyət yaranıb. 8 turdan sonra turnir cədvəlinə sabiq komandanız “Sumqayıt” başçılıq edir…
  • “Qarabağ” son illər qış fasiləsindən sonra çempionluğa yeganə namizəd olur. Düşünürəm ki, bu dəfə də heç nə dəyişməyəcək. Fikrimcə, 2-ci yer uğrunda “Neftçi” və “Zirə” mübarizə aparacaq. “Sumqayıt” heyəti gücləndirsə, yuxarı sıralarda qala bilər. Baxın, əsas hücumçusu zədələnib, çətinlik çəkir.
  • Yeri gəlmişkən, “Sumqayıt”dan niyə ayrıldınız?
  • Orada bəzi şeylər oldu. Amma heç nə danışmaq istəmirəm. Hər şey keçmişdə qaldı. Çünki mənasızdır.
  • Amma oxucular üçün maraqlı olardı…
  • Ciddi bir şey yoxdur. Təklif, danışıq olmadı, ona görə də vidalaşdıq.
  • Müsahibənin əvvəlində müharibə məsələsinə qısaca toxundunuz. İstərdik ki, bu barədə fikirlərinizi bir qədər genişləndirəsiniz. Bir futbolçu olaraq, cəbhədə yaşananlara, qələbə xəbərlərinə necə reaksiya verirsiniz?
  • Sevindirici haldır ki, cəbhədən xoş xəbərlər gəlir. Allah şəhidlərimizə cənnəti nəsib etsin, ruhları şad olsun. Əsgərlərimizə güc-qüvvət arzu edirəm. İnanıram ki, yaxın günlərdə daha yaxşı xəbərlər eşidərik. (report)
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-14 10:17

Bu gün mövsümün qalbləri bəlli olacaq

blank
Digər2024-05-14 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-14 09:45

Mbappe: “PSJ-dən başıuca ayrılıram”

blank
Premyer-liqa2024-05-14 09:28

Premyer Liqanın 35-ci turu rəqəmlərin gözü ilə

blank
Layihə2024-05-14 09:10

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Digər idman növləri2024-05-14 08:51

“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”

blank
Digər2024-05-14 08:34

MOK-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüş olub

blank
Dünya futbolu2024-05-14 08:17

Kanadalılar da Kuntsu istəmədi

blank
Ölkə futbolu2024-05-14 08:00

İcraiyyə Komitəsinin gözlənilən qərarları

blank
Dünya futbolu2024-05-14 01:19

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-14 01:08

“Liverpul” 3 qol vurdu, 1 xalla kifayətləndi

blank
Dünya futbolu2024-05-14 00:50

“Fiorentina”dan çətin qələbə

blank
Ölkə futbolu2024-05-13 23:47

AFFA legioner limitinin nə vaxt dəyişəyəcəyini açıqladı

blank
Dünya futbolu2024-05-13 23:25

Aziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu

blank
Dünya futbolu2024-05-13 22:34

Avrokuboklarda final oyunlarını idarə edəcək hakimlər açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:37

Türkiyə kubokunda final matçının stadionu açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:27

“Nyukasl” kimi qurban verəcək?

blank
Digər idman növləri2024-05-13 21:00

Gənc boksçular Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

blank
Digər idman növləri2024-05-13 20:40

Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

blank
Əvəzedicilər2024-05-13 20:30

“Qarabağ-2” səfərdə qalib gəldi

blank
Ölkə futbolu2024-05-13 20:17

Qurban Qurbanov: “Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil”

blank
Ölkə futbolu2024-05-13 20:14

Adıgözəlov İK-nın iclasında qəbul olunan qərarlardan danışdı

blank
Dünya futbolu2024-05-13 20:00

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-13 19:45

Mariya Stadnikin atası vəfat edib

blank
Ölkə futbolu2024-05-13 19:32

Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”

blank
Digər idman növləri2024-05-13 19:15

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

blank
Dünya futbolu2024-05-13 19:01

“Real” veteranları arasında seçim edir

blank
Dünya futbolu2024-05-13 18:44

“Mançester Yunayted”dən antirekord

blank
Digər idman növləri2024-05-13 18:30

IWF prezidenti Bakıda ağırlıqqaldırma infrastrukturu ilə tanış olub

blank
Dünya futbolu2024-05-13 18:15

Dadaşov vurduğu qələbə qolunu Hataya həsr etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm