Bizi izləyin

Milli komanda

Mərdəkanda autsayder dueli

blank
blank

UEFA Millətlər Liqasında Belarus, Slovakiya və Qazaxıstan milliləri ilə oyunlarda qazandığı qələbələrin ardınca, səfərdə Moldova və Şimali Makedoniya yığmalarını da yoldaşlıq oyunlarında məğlub etdikdən sonra millimizin artıq haqq yoluna gəldiyini düşündük. Amma Avropa çempionatının seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla məğlubiyyətlər bizi ayıltdı. Boşuna ümidlənmək lazım deyilmiş. Azərbaycan millisinin vəzifəsi elə qrup sonuncusu olmamaq uğrunda mübarizə aparmaqdır.

Doğrudur, bu, bizim hədəfimizə çevrilə bilməz. Amma reallığı da qəbul etməliyik. Reallıq isə ondan ibarətdir ki, Avropa çempionatının seçmə mərhələsində özümüzə tay olan Estoniya millisi ilə münasibətlərimizə aydınlıq gətirməliyik. Məhz bu iki komanda “autsayderlərin finalı”ndan qalib ayrılmaq məqsədi güdməlidir.

Doğrudur, Estoniyanı özümüzə tay rəqib kimi qələmə verməklə bir qədər onların haqqına girdik. Yəni, bizim milli heç vaxt Avropa çempionatlarının seçmə mərhələsində qrup ikincisi olaraq pley-offda oynamaq imkanı qazanmayıb. Amma estonlar AÇ-2012-nin bir addımlığında dayanıb.  Belə ki, seçmə mərhələdə keçirdiyi 10 oyunun 5-də qalib gəlib 1 oyunda heç-heçə edib 4 oyunda uduzan Baltikyanı ölkənin komandası qrupda 16 xal yığaraq pley-offa vəsiqə qazanıb. Sadəcə, orada onların qarşısını daha təcrübəli İrlandiya yığması kəsib. Bir sözlə, estonlar AÇ-2004-də qonşuları Latviyanın qəhrəmanlığını təkrarlamağa yaxın olub.  Amma o vaxt latışlar Türkiyə səddini aşa bildisə, estonlar bunu bacarmadı.

Həmin yüksəlişdən sonra haqqında danışdığımız komanda eniş dövrü yaşamağa başladı. Bu komanda istər DÇ, istərsə də AÇ-lərin seçmə mərhələsində yalnız qrup sonuncusu olmamaq uğrunda mübarizə apardı. Yəni, 2012-ci ildən bəri 4-cü yerdən yuxarı tullana bilməyiblər. Hətta son AÇ-nin seçməsində keçirdikləri 7 oyunda qələbə üzünə həsrət qalıb və yalnız 1 heç-heçə ilə kifayətləniblər. DÇ-2022-nin seçmə mərhələsində isə 8 oyuna 1 qələbə və 1 heç-heçə ilə kifayətlənərək 4-cü yeri tutublar. Topların fərqi də ürəkaçan deyil – 9:21.

Yəni, hər nə qədər son illərlə müqayisədə estonları özümüzdən zəif bilməsək də, bizdən güclü də deyillər. Hərçənd seçmə mərhələlərdə bizdən daha çox xal toplayırlar. Ona görə də bu gün işimizin asan olacağını düşünməyə dəyməz.

Əslində, çox dərinə getmədən bizim estonlarla müqayisəmizi Avstriya parametrləri ilə də aparmaq olar. Canni De Byazinin komandasının avstriyalılarla oyununa baxdıqdan sonra Tomas Heberlinin yetirmələrinin bu komanda ilə çıxışını izləyək. Yerlə göy qədər fərq var. Estonlar avstriyalıları necə lazımdırsa, tərlədə bilmişdilər.  Baltikyanı ölkənin təmsilçiləri Lintsdə 17-ci dəqiqədə penaltidən qapısında top görsə də, 7 dəqiqədən sonra hesabı bərabərləşdirməyi bacarmışdı. Yalnız oyunun sonuna 2 dəqiqə qalmış Qreqorişin qarşsını ala bilməyincə, meydanı boynubükük tərk etmişdilər.

Həmin oyunun xarakteristikasını aparmalı olsaq, bu komandanın müdafiədə boşluqlar vermədiyini gördük. Bizim millidən fərqli olaraq, estonlar hava toplarında avstriyalılara uduzmadı. Üstəlik, boş zonaları da qapamağı bacardılar. Təbii ki, rəqib ən əsası fiziki cəhətdən daha hazırlıqlı komandadır. Böyük ehtimalla, Bakıda da əsasən müdafiəni düşünəcəklər. Doğrudur, avstriyaılıarla müqayisədə bizdən xal qoparacaqlarına daha ümidlidilər. Ona görə də tam olaraq qapılarının qarşısına “avtobus” yerləşdirəcəklərini düşünməməliyik. Bu da haradasa işimizə yaraya bilər.

Bu komandanın heyətinə göz gəzdirməli olsaq, heyətin legionerlərdən qurulmadığını görərik. Heberli qapıda əsasən Karl Yakob Heynə şans verir. 21 yaşlı qapıçı istdadlı olsa da, “Arsenal”da şans qazana bilmir. O, 2018-ci ildən “topçular”ın düşərgəsində olsa da, bu müddət ərzində 1 dəfə də olsun rəsmi oyunlarda meydana çıxmayıb.  Bu müddət ərzində icarə əsasında yalnız 1 mövsüm “Ridinq”də çıxış edib ki, onda da yalnız 5 matçda meydana çıxıb. Onun Avstriya ilə görüşdə meydana çıxdığını nəzərə alsaq, böyük ehtimalla “Dalğa Arena”da da qapı Heynə həvalə ediləcək.

Müdafiə xəttinə gəlincə, Bakıda Almaniyanın  “Sankt Pauli” klubundan Karol Metslə Rumıniya “Styaua”sından Yonas Tammın da start heyətində olacağını gözləməyə dəyər. Amma bu mənada da işimizə yarayan amillər var. Məsələn, Mets millinin heyətində 75 oyunda meydana çıxsa da, ötən ili II Bundesliqada “Sankt Pauli”nin heyətində meydana çıxmayıb. Bu da onun oyun praktikası sarıdan korluq çəkməsindən xəbər verir. Amma bu sözləri Yonas Tamma aid etmək olmaz. Yola saldığımız mövsümdə “Styaua”nın heyətində 35 oyun keçirən 31 yaşlı müdafiəçi 3 dəfə fərqlənməyi bacarıb.  192 sm boya malik müdafiəçini standart vəziyyətlər zamanı qapımız qarşısında boş qoymamalıyıq. Tamm bugünə qədər Estoniya millisində 4 dəfə fərqlənib.

Yeri gəlmişkən, Estoniya millisinin heyətində Ermənistanın “Pünik” klubunda çıxış edən müdafiəçi Nikita Baranov da var ki, 30 yaşlı futbolçu son vaxtlar nadir hallarda meydanda görünür. Hətta Heberli Avstriya millisi ilə oyunda da ona şans vermədi.

Avstriya millisi ilə oyunda meydanda olan “Qəbələ”nin sabiq hücumçusu Sergey Zenyov isə Bakıya gətirilməyib. Amma Zenyovu əvəzləyə biləcək oyunçuların sayı yetərincədir. Məsələn, yarımmüdafiə xəttində millinin heyətində 149 oyun keçirən 38 yaşlı Konstantin Vasilyevin “canı hələ də suludur”. 2006-cı ildən Estoniya yığmasına dəvət alan təcrübəli yarımmüdafiəçi bu müddət ərzində millinin heyətində 26 qol vurub. Təsəvvür edirsiniz, Azərbaycan millisində bu mənada qol rekordu 14-ə bərabərdir. Halbuki, bu da heç Estoniya millisinin rekordu deyil. Bu komandanın heyətində Andres Oper 38 dəfə fərqlənib.

Orta xətdə etibarlılığı ilə seçilən cinah yarımmüdafiəçiləri Martin Millerlə Vlasi Sinyavskiyə “göz-qulaq olmaq” lazımdır. “Flora”da çıxış edən Millerin beynəlxalq təcrübəsi çox olmasa da, Sinyavski Çexiya “Slovatsko”sunda özünü yaxşı tərəfdən göstərə bilir.

Estoniya millisində “Utrext”də çıxış edən 19 yaşlı cinah oyunçusu Rokko Robert Şeyn də gələcək vəd edən futbolçulardandır. Amma hələ ki, Heberli ona əsas heyətdə şans vermir. Bu komandanın heyətində həm müdafiənin mərkəzi, həm də yarımmüdafiədə çıxış edən Buxarest “Rapid”inin 24 yaşlı futbolçusu Mattias Kyaytı da xüsusi fərqləndirməliyik. Millinin heyətində 43 oyuna 8 top vuran Kyayt komandanın açar oyunçularından biridir.

Estonların heyətində İtaliyada çıxış edən iki hücumameyilli oyunçu var ki, bunlardan biri SPAL-da oynayan Georgi Tunyov, digəri “Roma”da futbolun sirlərinə yiyələn Martin Vetkaldır. Heberlinin onları bizimlə görüşdə meydana buraxıb-buraxmayacağını proqnozlaşdırmaq çətindir.

Nəyin bahasına olur olsun, komandanın 27 yaşlı mərkəz hücumçusu Rauno Sappinendən ehtiyatlı olmalıyıq. 2015-ci ildən Estoniya millisində çıxış edən Rauno 50 oyuna 10 qol vurmağı bacarıb. Polşa “Pyast”ına məxsus olan Sappinenin hazırda elə bu ölkənin “Stal Melets” komandasında işləri qaydasında getməsə də, millidə tamam fərqli futbol oynayır. Elə Avstriya yığması ilə oyunda da məhz Rauno komandasının yeganə qoluna imza atmışdı. 2020 və 2021-ci illərdə Estoniyanın ən yaxşı futbolçusu seçilən Sapoinen “Dalğa Arena”da qapımızı “dalğaları ilə döyəcləyə” bilər.

Bolqarıstan “Lokomotiv”inin 23 yaşlı hücumçusu Erik Sorqa Sappinenin kölgəsində yatsa da, “az aşın duzu” olmadığını dəfələrlə sübut edib. Bilmək olmaz, bəlkə də Bakıda tandem təşkil etdilər.

Bir sözlə, millimiz Mərdəkanda estonlarla asan gəzintiyə çıxmayacaq. Kompakt şəkildə müdafiə olunmağı bacaran komandaya qarşı oynayacağıq. Zarafat deyil, bu komandaya qarşı keçirdiyimiz 8 oyunda yalnız 1 qələbəyə sevinmişik və onlara 3 dəfə uduzmuşuq. Doğrudur, bu oyunların hamısı yalnız yoldaşlıq görüşü olub. Amma yenə də bu onlardan geridə qalmağımıza bəhanə ola bilməz. Ona görə də ilk rəsmi oyunda estonlara gücümüzü göstərmək lazımdır. Onları da Bakıda uda bilməsək, kimi udacağıq?!

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Digər idman növləri2024-05-08 23:41

“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Digər idman növləri2024-05-08 21:44

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

blank
Müsahibə2024-05-08 20:55

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

blank
Ölkə futbolu2024-05-08 20:41

PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı

blank
Digər idman növləri2024-05-08 20:15

Cüdoçularımız Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-05-08 19:29

Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 18:55

“Qəbələ” futbolçuları Gəncədə döyüldü

blank
Dünya futbolu2024-05-08 18:32

PSJ-dən ÇL-də antirekord

blank
Digər idman növləri2024-05-08 18:18

Mayami Azərbaycanı geridə qoydu

blank
I Liqa2024-05-08 17:50

İlk oyun qolsuz bitdi

blank
Ölkə futbolu2024-05-08 17:32

“Ağdaş”dan darmadağın

blank
Digər idman növləri2024-05-08 17:15

Bağlanış mərasimində Tom Kruz da olacaq

blank
Premyer-liqa2024-05-08 16:55

Premyer Liqanın 34-cü turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-05-08 16:39

“Gəncə”dən baş məşqçisi ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-05-08 16:22

PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı

blank
Dünya futbolu2024-05-08 16:05

Avro-2024-də oynamayacaq

blank
Digər idman növləri2024-05-08 15:47

Bakıda keçirilən Dünya Kubokunda növbəti medalçılar bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 15:32

“Kəpəz” 8500 manatlıq cəzaya etiraz etməyəcək

blank
Ölkə futbolu2024-05-08 15:17

AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib

blank
Digər idman növləri2024-05-08 15:01

Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

blank
Müsahibə2024-05-08 14:44

Najah gələcəyi barədə qərar verməyib: “Hər oyun öyrənmək üçün fürsətdir”

blank
Dünya futbolu2024-05-08 14:27

“Çelsi” yetirməsini satacaq

blank
I Liqa2024-05-08 14:18

I Liqada 25-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-08 14:09

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-05-08 14:04

Daha bir çempion vida edir

blank
Digər idman növləri2024-05-08 13:48

Olimpiadada idmançılar və jurnalistlər karton çarpayılarda yatacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm