Bizi izləyin

Milli komanda

Macarıstanda iki baş məşqçisiz komandanın dueli

blank
blank

Millimizin Avropa turnesi davam edir. İyunun 7-də Macarıstanda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olan Arif Əsədovun komandası bu dəfə eyni ölkədə Qazaxıstan yığması ilə qarşılaşacaq. Bizə çox yaxşı tanış olan, Xəzərin o tayındakı komanda ilə…

Millətlər Liqasına hazırlaşan millimiz bu rəqibi ilə elə adıçəkilən son turnirində qarşılaşmışdı. Səfərdə onlara 0:2 hesabı ilə uduzmuşdusa, Bakıda əvəzini artıqlaması ilə çıxmışdıq. Amma bizimlə oyuna qədər qazaxlar artıq qrupu lider kimi başa vurmuşdu. Nəticədə Bakıya motivasiyasız gələn Maqomed Adiyevin komandası 0:3 hesablı məğlubiyyətə elə də üzülməmişdi.

Problem orasındadır ki, biz növbəti turnirdə, yəni Avropa çempionatının seçmə mərhələsində yenə də bərbad oynadığımız halda, Qazaxıstan son tura qədər şanslarını davam etdirmişdi. Amma iş elə gətirdi ki, son turda səfərdə Sloveniyaya 1:2 hesbı ilə məğlub olaraq final mərhəsinə yollana bilmədilər. Tərslikdən Millətlər Liqasının yarımfinalında da Yunanıstana 0:5 hesabı ilə uduzub ikinci qapıdan AÇ-yə daxil olmaq imkanını qaçırdılar.

Ardıcıl 2 kritik oyunda uğursuzluq nəticəsində qazaxları bu səviyyəyə qaldıran Adiyev istefa verdi. Rusiyadan gələn məşqçilərdə işıq ucunu görən dəniz qonşularımız ənənəyə saiq qalaraq yenidən şimala müraciət etdilər. Bu dəfə Stanislav Çerçesovu düşərgəyə dəvət etdilər. Ermənistan yığması ilə oyunu kənardan izləyən Stanislav Salamoviç bu dəfə özünə doğma olan ölkədə (“Ferentsvaroş”da işlədiyinə görə) gələcək “tələbələr”inin potensialı ilə tribunadan tanış olacaq. O Çerçesov ki, bir müddət əvvəl şirin dilini işə salaraq millimizdə işləmək istədiyini dolayı yolla etiraf etmişdi. Amma bizdən səs çıxmadığını görüb qazaxların təklifini qəbul etmişdi.

Biz isə hələ də axtarışdayıq, yenə Avropa sevdasındayıq. Avropalı məşqçilərdən bir xeyir götürmədiyimiz halda yenə də onlardan nəsə bir fayda qazanacağımızı düşünürük. Qazaxların gələcək məşqçisi onları izləyəcəyi halda, bizim futbolçular yenə meydana baş məşqçisiz çıxacaq. Hazırda Arif Əsədov yetim qalan uşağın dayəsi kimi vaxt keçirir.

Albaniya millisi ilə oyunda komandamızın problemlər bataqlığında boğulduğunu gördükdən sonra bu dəfəki oyuna ümid bəsləməyə dəymir. Tutaq ki,  ermənilər kimi bizimkilər də qazaxları məğlub etdi. Bu bizə nə verəcək? Baş məşqçisi olmayan komandanın hansı perspektivlərindən danışmaq olar? Amma yenə də rəqibi təhlil etmək pis olmazdı. Heç olmasa, reytinq xalımızı yüksəltmək üçün bu görüşdə qələbə qazanmaq lazımdır.

Bizimlə  təxminən 2 il əvvəlki oyundan sonra çox da dəyişməyən Qazaxıstan yığmasını yenə də nöqtəbənöqtə təhlil etməyə dəyməz. Həmin iki oyunda qazaxları yetərincə təhlil etmişdik.

Qazaxıstan yığmasını Albaniya millisi ilə müqayisə edərkən bir xüsusi məqama diqqət yetirməyə bilmərik. Albanların bütün oyunçuları legioner həyatı yaşayırdısa, qazaxlar bu mənada nəinki albanlardan, hətta bizdən betərdilər. Təsadüfi deyil ki, hazırda baş məşqçi funksiyasını müvəqqəti yerinə yetirən Ruslan Baltiyev milliyə cəmi 3 legioner futbolçunu cəlb edib. Söhbət müdafiəçilər Nurali Alip (“Zenit”, Rusiya), Aleksandr Zuyev (“Arsenal” Rusiya) və Abat Aymbetovdan (“Adana Dəmirspor” Türkiyə) gedir. Komandanın lideri olan Baxtiyar Zaynutdinov isə zədədən yeni qayıtdığına görə dəvət almayıb. Yəqin ki, “Beşiktaş”ın yarımmüdafiəçisini tanıdınız. Son mövsümdə Baxtyar İstanbul klubunun heyətində 27 oyunda meydana çıxmışdı.

Belə olan vəziyyətdə Qazaxıstan çempionatda çıxış edən futbolçuların özəllilkləri ilə ayrılıqda tanış olmağa ehtiyac yoxdur.  Sadəcə “dığalar”la oyunda necə təsir bağışladıqlarına ötəri nəzər salaq. Baltiyev bu oyunda əsasən müdafiəyönümlü oyuna üstünlük verib. Təsadüfi deyil ki, komanda 5-3-2 taktiki sxemi ilə döyüşə atılıb və artıq 4-cü dəqiqədə “Astana”nın yarımmüdafiəçisi Aleksandr Maroçkinin avtoqolu sayəsində hesabda geriyə düşüb (yeri gəlmişkən, Maroçkin Yunanıstanla oyunda da topu öz qapısına göndərmişdi). Qazaxlar 58-ci dəqiqədə qapısında daha bir top görüb. Yalnız 90+6-da “Ordabası”nın yarımmüdafiəçisi Baurjan İslamxan penaltidən təsəlli qoluna imza atıb. Ermənilər görüş ərzində “çərçivə”yə 7, asiyalılar isə 4 zərbə endirib. Qarşıdakı rəqibimiz faiz hesabı ilə topa yiyələnmədə də problem yaşayıb – 45:55.

Oyunun nəzəri təhlilinə gəlincə, qazaxlar bu görüşdə çox ləng təsir bağışladı, ermənilər sürətdə onları üstələdi. Xüsusən də Aleksandr Petrakovun komandası cinahlarda qazaxların əsəbləri ilə oynayırdı. Arif Əsədov buna diqqət ayırmalıdır. Bu görüşdə qalib gəlmək istəyiriksə, rəqibi sürətdə üstələməli və daha çox cinahlara bel bağlamalıyıq. Ermənilərlə oyunda qazaxlar yalnız standart vəziyyətlərdə inamlı təsir bağışladılar. İki dəfə təhlükəli vəziyyət yaratdılar, hər ikisi də künc zərbəsindən sonra oldu. Avtoqol müəllifi Maroçkin bu mənada təhlükəlidir. Künc zərbələrində ona diqqət ayırmaq lazımdır.

Arif Əsədovun başçılığı altında keçirdiyimiz 3 oyunda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalan millimiz görək bu dəfə balansı nə ilə pozacaq? Ümid edək ki, Əsədov Monqolustan üzərində qələbə ilə başladığı missiyanı Qazaxıstanı yenməklə bitirəcək.

Azərbaycan – Qazaxıstan oyunları tarixdə

08.06.1993. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qazaxıstan (U-21) 3:3

28.04.2004. Almatı. Yoldaşlıq oyunu. Qazaxıstan – Azərbaycan 2:3

06.09.2006. Bakı. AÇ seçmə mərhələ. Azərbaycan – Qazaxıstan 1:1

09.03.2007. Çimkənd. Beynəlxalq turnir. Qazaxıstan – Azərbaycan 1:0

06.06.2007. Almatı. AÇ seçmə mərhələ. Qazaxıstan – Azərbaycan 1:1

03.02.2008. Antalya. Yoldaşlıq oyunu. Azərbaycan – Qazaxıstan 0:0

03.06.2011. Astana. AÇ seçmə mərhələ. Qazaxıstan – Azərbaycan 2:1

06.09.2011. Bakı. AÇ seçmə mərhələ. Azərbaycan – Qazaxıstan 3:2

26.03.2016. Antalya. Yoldaşlıq oyunu. Azərbaycan – Qazaxıstan 0:1

05.06.2018. Astana. Yoldaşlıq oyunu. Qazaxıstan – Azərbaycan 3:0

03.06.2022. Astana. Millətlər Liqası. Qazaxıstan – Azərbaycan 2:0

25.09.2022. Bakı. Millətlər Liqası. Azərbaycan – Qazaxıstan 3:0

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-07-21 23:00

Yığmamız yoxlama görüşündə Qətərə qalib gəldi

blank
Ölkə futbolu2024-07-21 22:34

“Qarabağ” Cəbəllütariqə 3 itki ilə yollanır

blank
Ölkə futbolu2024-07-21 22:22

“Şamaxı”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-21 21:18

“Kəpəz”dən növbəti transfer

blank
Digər idman növləri2024-07-21 19:58

Macarıstanda Piastri hamıdan sürətli oldu

blank
Ölkə futbolu2024-07-21 18:38

“Kadi məsələsinə heç də üzülmədim” – Qurban Qurbanov

blank
Digər idman növləri2024-07-21 17:10

Millimiz Ermənistana uduzdu

blank
Digər idman növləri2024-07-21 17:01

Papa olimpiya sülhünə çağırış etdi

blank
Ölkə futbolu2024-07-21 16:06

“Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edildi

blank
Ölkə futbolu2024-07-21 15:43

“Kəpəz”dən ayrılan qapıçı “Karvan”da

blank
Ölkə futbolu2024-07-21 15:03

“Şamaxı”nın növbəti rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-07-21 14:31

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

blank
Ölkə futbolu2024-07-21 14:00

“Sumqayıt”ın “Fehervar”la oyunlarını yayımlayacaq kanal dəyişdi

blank
Dünya futbolu2024-07-21 13:31

Rüfət Dadaşov Andrea Pirlonun komandasına qol vurdu

blank
Dünya futbolu2024-07-21 13:00

Hüseynovlu “Arda”dan yeni mövsümə uğursuz start

blank
Dünya futbolu2024-07-21 12:24

Rakitiçin yeni klubu məlum oldu

blank
Digər idman növləri2024-07-21 11:11

AÇ: Millimiz bu gün Ermənistanla qarşılaşacaq

blank
Ölkə futbolu2024-07-21 10:27

“Kəpəz”i Premyer Liqada saxlamaq gücündə olan heyət toplamağa çalışırıq”

blank
Dünya futbolu2024-07-21 09:29

“Sabah”ın rəqibi kubokda darmadağınla mərhələ adladı

blank
Dünya futbolu2024-07-21 08:33

Rahil debüt etdi, komandası qalib gəldi

blank
Ölkə futbolu2024-07-20 22:49

“Qarabağ”ın Cəbəllütariqə səfəri öncəsi son məşq və brifinq olacaq

blank
Digər idman növləri2024-07-20 20:55

“Baku Flames” qrupda qaldı

blank
Ölkə futbolu2024-07-20 20:22

“Neftçi”dən “Ərzurumspor”la heç-heçə

blank
Ölkə futbolu2024-07-20 20:00

“Şamaxı”dan darmadağın

blank
Dünya futbolu2024-07-20 19:39

“Milan”da yeni müqavilə

blank
Ölkə futbolu2024-07-20 19:18

“Şamaxı” yeni formalarını təqdim etdi

blank
Digər idman növləri2024-07-20 19:00

Gəncədə yubiley və seçim yarışı

blank
Dünya futbolu2024-07-20 18:40

“Qalatasaray” 17 milyona futbolçu alır

blank
Digər idman növləri2024-07-20 18:21

“Adidas” qalmaqallı kampaniyaya görə üzr istədi

blank
Digər idman növləri2024-07-20 18:04

Avstraliyalılar qayıqlarda tualetin olmamasından narahatdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm