Digər idman növləri
Madrid və F1 müqaviləni razılaşdırdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Formula 1 yarışlarının Madriddə keçirilməsinə razılıq verib.
İspaniya mətbuatının məlumatına görə, F1 rəhbərliyi tezliklə qran-prinin 2026-cı ildən Madriddə keçirilməsi ilə bağlı razılaşmanı elan edəcək. Yarışlar Baraxas hava limanı yaxınlığında, İFEMA mərkəzinin ətrafındakı trasda keçiriləcək. Müqavilə on il müddətinə bağlanır.
Qran-prinin təşkilində şəhər və rayon hakimiyyət orqanları iştirak edəcək. Tamaşaçılar yarışlara baxmaq üçün trassa metro da daxil olmaqla, ictimai nəqliyyatla gələ biləcəklər.
Qeyd edək ki, Barselonada keçirilən İspaniya qran-prisinin müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir. Həmin il İspaniya F1-in iki mərhələsinə ev sahibliyi edəcək, 2027-ci ildə isə Barselona təqvimdəki yerini itirəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-20 19:18
“Şamaxı” yeni formalarını təqdim etdi
- Digər idman növləri2024-07-20 17:00
“Baku Flames” məğlubiyyətlə başladı
- Dünya futbolu2024-07-20 12:00
FIFA İsraillə bağlı qərarını təxirə saldı
- Ölkə futbolu2024-07-21 10:27
“Kəpəz”i Premyer Liqada saxlamaq gücündə olan heyət toplamağa çalışırıq”