Milli komanda
“Mahir Emrelidə hansısa simptom yoxdur”
Koronavirusa yoluxmuş Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumu açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Report”a açıqlamasında 24 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib:
“Mahirin hansısa simptomu yoxdur. Yığma komanda artıq dünən test verib, əlavə testə ehtiyac yoxdur”.
Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyanın qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”