Ölkə futbolu
Manafov ümidini itirməyib: “…finala gedəcəyik”
“Matça yaxşı başlamışdıq. Amma sonradan heç nədən qollar buraxdıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Turan Manafov deyib.
25 yaşlı futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə 2:3 hesabı ilə uduzduqları oyundan danışıb: “Qəbələ” doğma meydanında yaxşı oynayır. Bununla razılaşmaq lazımdır. Onlar evdə “Qarabağ” kimi komandanı məğlub etmişdilər. Digər tərəfdən qrafik sıxdır. Bu üzdən bəzi futbolçular yox idi. Bütün bunları nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, “Qəbələ”nin meydançası otdur, üstəlik, şəhər yüksəklikdə yerləşir. Onlara baxanda bu, bizi tez yordu. Hava problemi var idi. Bunlar amillərdir, “Qəbələ”nin gücü də öz yerində. İkinci hissədə yaxşı oynadılar, biz isə səhvlərə yol verdik. Bu səhvlər yorğunçuluqdan irəli gəlir. Yorulduqca konsentrasiya itir, zəncirvari səhvlər olur. Fikrimcə, pis nəticə deyil. Düzdür, 2:0 udduğumuz oyunda 2:3 uduzmağımız yaxşı deyil. Amma minimal hesablı fərq var. Üstəlik, bizə Qəbələdə oynamaq necə çətin idisə, onlara da Bakıda oynamaq ağır olacaq”.
Manafov finala çıxacaqlarına ümid edir: “Bizim meydançamızda çox şey lehimizədir. İnanıram ki, finala çıxacağıq. İlk oyundan sonra nəsə demək olmaz. Böyükhesablı məğlubiyyət almamışıq. İkinci matçdan sonra hər şey aydın olacaq. Səfərdəki qarşılaşmanın ilk hissəsindəki kimi oynasaq, finala gedəcəyik”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var