Dünya futbolu
“Mançester Siti” və Haland üçün əlamətdar qələbə
“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”i doğma meydanda 3:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, nəticədə İngiltərə klubu bütün turnirlərdə qələbə seriyasını 9 oyuna çatdırıb.
“Mançester Siti” cari mövsümdə Almaniya klublarına qarşı keçirdiyi ev matçında qol rekordunu yeniləyib. Ada təmsilçisi “Leypsiq”i 7, “Bayern”i isə 3 dəfə mərkəzə dəvət edib.
Eyni zamanda, Mançester təmsilçisi 2017-ci ilin dekabrından sonra qitənin ən nüfuzlu klub turnirində Almaniya klubunu böyük hesabla məğlub edə bilib.
“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola da məşqçi kimi ÇL-də alman rəqiblərinə qarşı keçirdiyi 12 ev matçının hamısında qalib gəlib. Onlardan 8-də komandası minimum 3 top fərqli üstünlük əldə edib.
“Mançester Siti” Qvardiolanın rəhbərliyi altında doğma arenasında Mönhenqladbax “Borussiya”sını 4:0, “Şalke”ni 7:0, “Leypsiq”i 6:3, 7:0, “Bayern”i 3:0 hesabı ilə məğlub edib. O, “Barselona”da olarkən “Bayern”ə 4:0, “Ştutqart”a 4:0 və “Bayer”ə 7:1 hesabı ilə qalib gəliblər.
“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasında ilk dəfə “Bayern” üzərində qələbəyə sevinib. O, daha öncə Dortmund “Borussiya”sında olarkən bu rəqibə qarşı keçirdiyi 7 görüşün hamısında məğlubiyyətə üzülmüşdü. Haland münhenliləri 6-cı dəfə mərkəzə dəvət edib.
Xatırladaq ki, Haland ÇL-də cəmi 26 oyun keçirməsinə baxmayaraq, artıq qollarının sayını 34-ə çatdırıb.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları