Dünya futbolu
“Mançester Yunayted” hücumçusunu itirdi
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford zədələnib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bilidilir ki, 26 yaşlı hücumçunun əzələsində problem yaranıb. Bu üzdən də forvardın qarşıdakı bir neçə matçda iştirak etməyəcəyi gözlənilir. O, Avropa Liqasının 1/4 final mərhələsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəkləri ilk oyunu da buraxacaq.
Xatırladaq ki, Reşford Premyer Liqanın 30-cu turunda “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri oyunda xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 47 görüşə çıxıb və 28 qol vurub.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları