Ölkə futbolu
Marko Yankoviç: “Özümüzü çempion kimi hiss etmirik”
“Biz bu oyunu analiz etdik və səhvlərimizi anladıq” – bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Monteneqrolu futbolçu Misli Premyer Liqasının 30-cu turunda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları matçdan danışıb: “Uduzmaq normaldır. Amma təbii ki, biz bunu xoşlamırıq”.
Yankoviç indidən çempionluq barədə düşünmədiklərini qeyd edib: “Özümüzü çempion kimi hiss etmirik, çünki liqanın başa çatmasına hələ var. Sona qədər eyni ciddiyətdə oynayacağıq. Qətiyyən rahatlaşmaq ola bilməz”.
Yarımmüdafiəçi zədədən sonra özünü yaxşı hiss etdiyini də açıqlayıb: “Özümü yaxşı hiss edirəm. Düzdür, zaman itirdim. Amma günü-gündən daha da yaxşı oluram”.
O, “Zirə” ilə Misli Premyer Liqasının 31-ci turunda oynayacaqları matçdan da söz açıb: “Maraqlı və çətin oyun olacaq. Biz ciddi şəkildə hazırlaşırıq. Məşqçi bizdən nə istəyirsə, onu etməyə çalışırıq”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var