Dünya futbolu
Mbappenin əsas hədəfi
Kilian Mbappe növbəti hədəfini açıqlayım. Fransa millisinin üzvü Çempionlar Liqasını qazanmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, hücumçu yerli mətbuata müsahibəsində bu barədə danışıb: “Təbii ki, indi ən böyük arzum qitənin ən nüfuzlu yarışının qalibi olmaqdır. Çempionlar Liqasının bütün mərhələlərində çıxış etmişəm, amma kuboku qazanmaq qismət olmayıb. Mənim kolleksiyamda çatışmayan əsas titul budur. Ümid edirəm ki, bu hədəfə mümkün qədər tez çataram”.
Mbappe arzusunu məhz indiki klubunda reallaşdırmaq niyyətindədir: “ÇL-i PSJ-də qazanmaq istəyirəm. Parisliyəm və bu klubla müqaviləm var”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-13 09:41
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu