Bizi izləyin

Digər

“MEDİAlab” layihəsi çərçivəsində hesabat konfransı keçirildi – FOTOLAR

blank
blank

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və ən əsası bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib.

O bildirib ki, “MEDİAlab”ın fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş və çoxtərəfli kommunikasiya əsasında inkişafla bağlı hiss edilən ehtiyaclar, media sahəsində məşğulluqla bağlı həm yerli, həm də beynəlxalq tendensiyaların müqayisəli analizi və gənclərə məşğulluq imkanlarının yaradılmasının beynəlxalq təcrübədə verdiyi müsbət nəticələr bir daha gənclərə və gələcəyə ümidli olmağa əsas yaradır. Əhməd İsmayılov vurğulayıb ki, bu günki gündə qısa bir müddətdə layihə çərçivəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu sahədə təcrübə və məşğulluq imkanları ilə bağlı daha təkmil mexanizmlərin hazırlanması məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu hər bir tərəfdən prosesin dəstəklənməsi və ümumi yanaşmanın uyğunluğunun göstəricisidir.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu haqqında öz fikirlərini bölüşüb.

Konfrans zamanı “MEDİAlab” layihəsi çərçivəsində təşkil edilən tədbirlərdən görüntülərin əks olunduğu videoçarx nümayiş olunub. Sonra Medianın İnkişafı Agentliyinin “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək “MEDİAlab” layihəsi çərçivəsində 1 il ərzində həyata keçirilən tədbirlər və əldə olunan nəticələrlə bağlı təqdimatla çıxış edib. Təqdimatın tərkibində “MEDİAlab” layihəsinin məqsədləri, iş mexanizmləri, gənclərin müvafiq sahədə inkişafı üçün yaradılan imkanlar və nəzərdə tutulan fəaliyyət istiqamətləri əhatə olunub.

Tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı sayəsində təşkil edilən “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-ə yaxın gəncə mükafatlar təqdim edilib.

Konfransın sonunda layihənin əsas tərəfdaşları olan ali təhsil müəssisələrindən əlaqələndirici şəxslərə ümümi layihənin təşkilində göstərdikləri dəstək, bu sahənin inkişafına verdikləri töhfəyə və səmərəli əməkdaşlığa görə, layihə çərçivəsində seçilən MEDİA səfirlərinə isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, “MEDİAlab” layihəsinin əsas məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.

blank
blank
blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-07-17 21:54

“Sabah” Ukrayna klubuna qalib gəldi

blank
Ölkə futbolu2024-07-17 21:43

“Səbail”dən son oyunda heç-heçə

blank
Dünya futbolu2024-07-17 20:50

Yoro olmasa, Ta üçün təklif göndəriləcək

blank
Ölkə futbolu2024-07-17 20:39

“Neftçi” “Sivasspor”a qalib gəldi

blank
Digər idman növləri2024-07-17 20:32

Məşəl estafeti məşhur arenaya çatdı

blank
Digər idman növləri2024-07-17 20:15

Babayeva Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazandı

blank
Dünya futbolu2024-07-17 20:00

Messi ən azı 2 oyunu buraxacaq

blank
Ölkə futbolu2024-07-17 19:45

“Sumqayıt”ın rəqibindən Türkiyə klubu ilə heç-heçə

blank
Dünya futbolu2024-07-17 19:30

37 yaşlı Vertongenlə yeni müqavilə

blank
Ölkə futbolu2024-07-17 19:15

“İlk oyundakı səhvlərimiz üzərində işləmişik” – “Şerif”in futbolçusu

blank
Ölkə futbolu2024-07-17 19:00

“Zirə”dən güclü olduğumuzu sübut etmək istəyirik”

blank
Digər idman növləri2024-07-17 18:46

Millimiz Avropa çempionatında qrupdakı son matçında da uduzdu

blank
Ölkə futbolu2024-07-17 18:28

“Sabah azarkeşlərimizin dəstəyinə ehtiyacımız var” – Renato

blank
Ölkə futbolu2024-07-17 18:14

“Penalti seriyasını xoşlamıram” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-07-17 18:00

Macarıstan qran-prisinin kubokları nümayiş etdirildi

blank
Ölkə futbolu2024-07-17 17:44

“Hədəfimiz hər zaman olduğu kimi böyükdür” – Patrik Andrade

blank
Dünya futbolu2024-07-17 17:30

Almaniya klubundan Mahir Emreli ilə bağlı açıqlama

blank
Dünya futbolu2024-07-17 17:15

“Real” Modriçlə müqaviləni yenilədi

blank
Digər idman növləri2024-07-17 17:14

Göygöldə yubiley yarışı

blank
Müsahibə2024-07-17 17:00

“Planlarımızı sadəcə Konfrans Liqası üçün qurmamışıq” – Samir Abasov

blank
Dünya futbolu2024-07-17 16:45

Oyarzabaldan tarixi nailiyyət

blank
Digər idman növləri2024-07-17 16:30

Karlsen sürətli şahmat çempionatında iştirak edəcək

blank
Müsahibə2024-07-17 16:14

“Doğma publika önündə də “Zirə”ni çətin oyun gözləyir”

blank
Dünya futbolu2024-07-17 16:00

FIFA Argentina millisi ilə bağlı araşdırmaya başladı

blank
Dünya futbolu2024-07-17 15:45

Kamara Fransaya köçdü

blank
Ölkə futbolu2024-07-17 15:35

“Neftçi”nin baş məşqçisindən gözlənilməz qərar

blank
Ölkə futbolu2024-07-17 15:28

“Şamaxı” doğma meydanda Polşa klubu ilə qarşılaşacaq

blank
Premyer-liqa2024-07-17 15:20

Azərbaycan Premyer Liqası: 1-ci turun oyun cədvəli açıqlandı

blank
Digər idman növləri2024-07-17 15:14

Dünya reytinqinin birincisi paparassilərin obyektivinə tuş gəldi

blank
Ölkə futbolu2024-07-17 15:00

“Zirə”yə uduzmağımız məyusedicidir”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm