Dünya futbolu
Messi bir hissəyə rekordlar qırdı
Lionel Messi Dünya Çempionatları tarixinə düşdü. Hazırda davam edən Argentina – Fransa finalında cənubi amerikalıların kapitanı ilk hissədə bir sıra rekordları yenilədi.
Futbolinfo.az xəbər verir ki, Messi 1/8 finalda, ¼ finalda, yarımfinalda və finalda – bütün pley-off oyunlarında qol vuran ilk oyunçu oldu. Lionel ayrıca fransız Jüst Fonten (1958), italiyalı Salvatore Skillaçi (1990) və braziliyalı Ronaldodan (2002) sonra eyni mundialda 6 qol vuran 4-cü futbolçu oldu.
Yalnız 1958-də isveçli Nils Lidholm (35 yaş 264 gün) bugünkü Messidən (35 yaş 177 gün) daha qoca ikən mundial finalında qol vurub. Lionel ayrıca Dünya Çempionatlarında 20 qolda (12 qol, 8 məhsuldar ötürmə) birbaşa iştirak etməklə rekordçuya çevrildi. Mundiallarda qol sayında Peleyə çatan (12) Messi penaltidən ən çox fərqlənən oyunçu oldu.
26-cı DÇ matçına çıxan Lionel Lotar Matteusu ötüb zirvəyə qalxdı. O, penaltini dəqiq yerinə yetirdiyi anda Paolo Maldinini də geridə qoydu. Həmin anadək mundialda dəqiqə hesabında italiyalı rekordçu idi. Argentinalı 2216 dəqiqəlik rekordu da yenilədi.