Dünya futbolu
Messi üçün ərəb rekordu – 400 milyon avro
PSJ ilə danışıqları davam etdirən Lionel Messi tezliklə gələcək karyerası barədə qərar verməlidir. “İnter Mayami”nin də istədiyi argentinalının daha çox “Barselona”ya dönməyə həvəsli olduğu aydındır.
Lakin İspaniya nəhəngi öncə maliyyə problemlərini həll etməlidir. Vaxtilə Leonu bu səbəbdən itirən “Barselona” klub büdcəsini optimallaşdırmalıdır. Bundan sonra isə Messinin maaş məsələsi həllini tapmalıdır.
Futbolinfo.az xəbər verir ki, vəziyyətin belə olmasının fürsət bilən ərəblər növbəti dəfə Messinin transferinə cəhd edir. Kriştianu Ronaldonu transfer edən Səudiyyə Ərəbistanı “Əl Nəsr”inin ardınca indi də “Əl Hilal” rekord qırmaq istəyir. Klub təcrübəli hücumçuya ilə 400 milyon avro qazana biləcəyi rəsmi təklif göndərib.
Messi Avropada qalıb karyerasını ən yüksək səviyyədə davam etdirmək istəyir. Lakin onunla maraqlanan klubların heç birinin təklifi ərəblərlə müqayisə edilə bilməz. Leo qərar vermək üçün mövsümün bitməsini gözləmək niyyətndədir.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda