Digər idman növləri
MHL-də maaş qalxdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Tanınmış jurnalist Pyer Lebrun gələn mövsüm MHL-də maaş həddinin məbləği haqda məlumat paylaşıb.
“Bu gün MHL rəhbərliyi mövsüm üçün ən son maliyyə proqnozları haqqında məlumatları klub sahiblərinə çatdırdı. Buna əsasən, 2024/2025 mövsümündə təxmini əmək haqqı həddi məlum oldu. Gələn mövsüm bir komanda üçün maksimum hədd 87,7 milyon dollar olacaq”, – deyə Lebrun X sosial şəbəkəsində bildirib.
Qeyd edək ki, bu mövsüm maaş limiti 83,5 milyon dollardır.
Cari mövsüm iki aya yaxındır ki, davam edir. Hazırda Qərb konfransında son çempion “Veqas Qolden Nayts”, Şərq konfransında isə “Nyu-York Reyncers” liderlik edir. Müntəzəm çempionat 2024-cü ilin 29 aprelində yekunlaşacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə