Digər idman növləri
MHL-də son xoşbəxt də məlum oldu
Müntəzəm çempionat başa çatmasa da, MHL-də play-offun bütün iştirakçıları məlum olub. Gecə keçirilən görüşlərdən sonra “Nyu-York Aylenders” komandası da həlledici mərhələdə iştirak edəcək. Amerikalılar “Monreal Kanadiens”i 4:2 hesabı ilə məğlubiyyətə uğratmaqla vəsiqəni qazanıblar. Son oyunda “Pitsburq” hokkeyçiləri qələbə qazanacaqları təqdirdə belə “Aylenders”i keçə bilməyəcək.
“Pinqvins” son 16 ildə ilk dəfə “Stenli kuboku” uğrunda mübarizədən kənarda qalıb. Ulduz hokkeyçi Sidni Krosbinin gəlişindən sonra belə hal baş verməmişdi.
Xatırladaq ki, Şərq konfransında buna qədər Karolina, Nyu-Cersi, “Nyu-York Reyncers”, Boston, Tampa və Florida hokkeyçiləri vəsiqəni təmin etmişdilər. Qərb konfransından isə play-offda “Kolorado”, “Dallas”, “Minnesota”, “Veqas”, “Edmonton”, “Los-Anceles”, “Sietl” və “Vinnipeq” komandaları mübarizə aparacaq.
Stenli kuboku uğrunda oyunlar aprelin 17-də start alacaq.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda