Ölkə futbolu
Mikels “Qarabağ”la oyunu unudacaq: “Hələ bizi 6 matç gözləyir”
“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasının 30-cu turunda “Qarabağ”a qalib gəldikləri oyundan danışıb. O, dubl edib ağdamlıların məğlubiyyətsizlik seriyasına son qoyulmasında böyük rol oynamışdı.
Futbolinfo.az-a açıqlama verən forvard 2:1 hesablı qələbəni belə şərh edib: “Hər iki komandada yüksək səviyyəli oyunçular var. Düşünürəm ki, biz yaxşı oynayırıq. “Qarabağ”la matçda da pis çıxış etmədik. Bu cür matçlara bəlkə öncədən baxsan, düşünərsən ki, 0:0 bitəcək. Amma istənilən səhvdən sonra qapında qol görə bilərsən. Çünki hər iki komanda pressinq edirdi. 90 dəqiqə gərgin keçdi. Şadam ki, belə rəqibə qalib gəldik. Amma bunu unudub qarşıdakı oyunlara köklənməliyik. Hələ bizi 6 matç gözləyir”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var