Dünya futbolu
“Milan” Baloqunu istəyir
“Milan” “Arsenal”ın futbolçusu ilə maraqlanır. Amma həmin oyunçunu londonlular özü də heyətinə cəlb etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, son İtaliya çempionu Folarin Baloqunu yayda transferə çıxaracağı Divok Oriciyə əvəzedici kimi gətirmək niyyətindədir. Zlatan İbrahimoviçlə müqavilə yenilənməyəcəyindən komandaya məhsuldar forvard lazımdır. Hazırda “Reyms”də qolları sıralayan Baloqun bunu bacara bilər.
Amma bu transferin reallaşması çətin görünür. Müqavilə ilə “Arsenal”a bağlı olan, Fransada icarə əsasında çıxış edən oyunçunu “topçular” da geri qaytarmaq niyyətindədir. Hücumçu yayda İngiltərəyə qayıdandan sonra taleyi dəqiqləşəcək.
21 yaşlı Baloqunun “Arsenal”la daha 2 illik müqaviləsi var. “Reyms”dəki çıxışından sonra londonluların 25 milyon avro dəyəri olan oyunçunu satacağı inandırıcı deyil.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…