Dünya futbolu
Milan gedir, Hakan qalır
“İnter”in müdafiəçisi Milan Şkrinyara daha iki klub müştəri düşüb. PSJ-nin ardınca “Liverpul” və “Tottenhem” də slovakiyalı müdafiəçini transfer etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, qarşıdakı yayda “İnter”lə müqaviləsi başa çatacaq mərkəz müdafiəçisi yanvardan etibarən başqa klublarla danışıq aparmaq hüququna malikdir. İngilislər fürsətdən istifadə edərək onu heyətinə qatmağa çalışacaq.
Milan klubunun digər oyunçusu Hakan Çalhanoğlu isə “İnter”də qalacaq. İlyarımıq müqaviləsi qalan türkiyəli oyunçu ilə anlaşmanın müddəti daha iki il artırılacaq. Hər iki tərəf əməkdaşlıqda maraqlıdır və tezliklə müqavilə müddətinin 2026-cı ilin yayınadək uzadılması rəsmiləşəcək.