Dünya futbolu
“Milan” qalib gəldi, “Roma” “İnter”ə, “Napoli” “Atalanta”ya uduzdu
Futbol üzrə İtaliya A Seriyasında 16-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun açılış matçında “Milan” doğma meydanda autsayder “Salernitana”nı qəbul edib və inamlı qələbəyə sevinib.
Lider “Napoli” bu turda “Atalanta” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi görüşü Romada keçirilib. Son çempion “İnter” burada şəhərin eyniadlı komandası ilə qarşılaşıb. Milan təmsilçisi səfərdə darmadağına sevinib.
İtaliya A Seriyası
16-cı tur
4 dekabr
Milan – Salernitana 2:0
Qol: Kessye, 5. Salemakers, 18.
Roma – İnter 0:3
Qol: H.Çalhanoğlu, 15. Dzeko, 24. Dumfris, 39.
Napoli – Atalanta 2:3
Qol: Zelinski, 40. Mertens, 47 – Malinovski, 7. M.Demiral, 66. Freuler, 71.
5 dekabr
15:30 Bolonya – Fiorentina
18:00 Venetsiya – Verona
18:00 Spetsiya – Sassuolo
21:00 Sampdoriya – Latsio
23:45 Yuventus – Cenoa
6 dekabr
21:30 Empoli – Udineze
23:45 Kalyari – Torino
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var