Dünya futbolu
Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma tarixi bəlli oldu
UEFA Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma mərasiminin vaxtı açıqlanıb.
Futbolinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.
Xatırladaq ki, “Dördlər finalı” gələn il 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər