Milli komanda
Millimiz Minskdə növbəti oyununa çıxır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirində bu gün növbəti oyununa çıxacaq.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin yetirmələri “ABFF Technical Center”də Özbəkistan komandası ilə qarşılaşacaq.
Matç saat 16:00-da başlayacaq.
U-17 turnir çərçivəsində ilk görüşünü Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 0:4 hesabı ilə uduzub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)