Digər idman növləri
Millimiz Polşaya da uduzdu
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gəliblər.
Görüş millimizin 0:3 (10:25, 11:25, 11:25) hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya da eyni hesabla uduzmuşdu.
Bu gün başa çatan yarış AÇ-2024-ə seçmə xarakter daşıyırdı. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı