Dünya futbolu
Millimizin hücumçusu Super Liqanın ilk “5-liy”ində
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Super Liqasında yaxaladığı fürsətləri daha çox dəyərləndirən hücumçuların sırasında yer alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “DataMB Türkiye” araşdırma aparıb.
24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb. Dadaşov “Adana Dəmirspor”da çıxış edən MBaye Nyanq (29,630 %), “Qalatasaray”dan Mauro İkardi (23,596 %), “Pendikspor”dan Mam Tiam, “Kasımpaşa”dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.
Hatay təmsilçisi Super Liqada 37 xalla 18-ci pillədə qərarlaşıb. Dadaşov ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)