Dünya futbolu
Millimizlə oyundan əvvəl yoxlama matçı keçirəcəklər
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yığması hazırlıq matçında qüvvəsini sınayacaq.
Futbolinfo.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Saarbrükken”lə qarşılaşacaq.
Bu barədə Lüksemburq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sentyabrın 1-də keçiriləcək görüşün yeri barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 5-də Bakıda, ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı