Dünya futbolu
Millinin həkimi koronavirusa yenildi
Futbol üzrə Ukrayna milli komandasının və “Metallist-1925” klubunun həkimi Anton Xudayev vəfat edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bir müddət əvvəl koronavirusa yoluxan Xudayevin ürəyi dayanıb. Virus həkimin ağciyərinin 70 faizini sıradan çıxardığından o, süni tənəffüs aparatına qoşulmuşdu.
Anton Xudayev 20 ildən çox idi ki, “Metallist-1925”-də çalışırdı. O, 2016-cı ildən Ukrayna milli komandasının həkimi idi.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı