Digər
Minatəmizləyənlər arasında turnir başladı
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları arasında mini-futbol turnirinə start verilib. Turnirin iyulun 15-də agentliyin yaradılmasının 25-ci ildönümü ərəfəsində başa çatması nəzərdə tutulub.
Futbolinfo.az xəbər verir ki, turnir çərçivəsində ANAMA əməkdaşlarından ibarət 8 komanda mübarizə aparır. Açılış mərasimində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan turnirin əhəmiyyətindən söz açılıb. Ulu Öndərin əsasını qoyduğu idman siyasətininin inkişaf yolundan, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edilib.
İlk qarşılaşma agentliyin Xocavənd mobil bazasında “Şuşa” və “Xocavənd komandaları arasında baş tutub – 1:4.
BƏHRUZ MUSAYEV, XOCAVƏND