Ölkə futbolu
Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovun keçidini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, 22 nömrəli formanı geyinəcək.
“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik “Spartak”ının yetirməsi olan futbolçu Moskvanın “Torpedo”, “Spartak” klublarının, eləcə də “Arsenal” (Tula) və “Ximki”nin uğurları üçün çalışıb.
“Neftçi” bu yay Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Olanare, Dieqo Valdesi də transfer edib.

- Ölkə futbolu2023-09-04 01:29
Mahirlə geridönüş
- Müsahibə2023-09-04 13:02
Adamiya: “Qurbanov ən doğru məqamda Quqeşaşviliyə şans verdi”
- Müsahibə2023-09-04 16:02
Tarik Elyunussi: “Qarabağ”ın ən böyük üstünlüyü təcrübəsidir”
- Müsahibə2023-09-05 08:00
Subaşiç “Sabah”ın mərhələ adlayacağını gözləyirmiş: “Beşiktaş”la düşmək “Neftçi”nin bəxtsizliyi idi”