Dünya futbolu
“Monako”da Moreno gedir, sabiq “Bavariya”lı gəlir
Fransanın “Monako” klubunda baş məşqçi Roberto Moreno ilə bağlı qərar verilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, “Monako”nun Moreno ilə yollarını ayıracağı bildirilib. Liqa 1 klubu baş məşqçi postuna “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçı gətirəcək.
“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.
Moreno bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunmuşdu. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün