Ölkə futbolu
Mövsümün ən gec qolu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan Premyer Liqasında 2023-24 mövsümünün ən gec qolu vurulub. Bu, 20-ci turun “Zirə” – “Sabah” oyununda baş verib.
Zirə İdman Kompleksinin stadionunda baş tutan matçın 90+9-cu dəqiqəsində qonaq komanda penaltini dəqiq yerinə yetirərək, 1:0 hesablı qələbə qazanıb. Bu isə cari mövsümün ən gec vurulan qoludur.
Buna qədər ən gec qol 11-ci turun “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasında qeydə alınmışdı. Naxçıvanlıların 2:1 hesablı qələbə qazandığı görüşdə ağdamlıların heyətində Olavio Juninyo 90+7-ci dəqiqədə fərqlənmişdi.
Ümumiyyətlə, cari mövsüm komandalar 22 dəfə əlavə olunmuş dəqiqələrdə rəqibi cəzalandırmağı bacarıblar. Bunun 5-i birinci, 17-si isə ikinci hissəyə əlavə edilmiş vaxtda olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-22 09:09
Azərbaycan klubunun rəhbəri dünyasını dəyişdi
- Ölkə futbolu2024-07-22 08:00
“Neftçi” “Trabzonspor”un futbolçusunu istəyir
- Ölkə futbolu2024-07-21 10:27
“Kəpəz”i Premyer Liqada saxlamaq gücündə olan heyət toplamağa çalışırıq”
- Dünya futbolu2024-07-20 12:00
FIFA İsraillə bağlı qərarını təxirə saldı