Ölkə futbolu
Murad Musayev: “Rusiya futbolu üçün darıxmıram”
“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsində “Sport-Express” nəşrinə müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, o, Rusiya futbolu üçün darıxmadığını bildirib.
Musayev “Sabah”da işlərinin qaydasında getdiyini əlavə edib: “Rusiya futbolu üçün darıxmıram. İndi bütün diqqətimi komandamın avrokuboklara qatılması üçün işimi yaxşı görməyə ayırmışam. Burada çox şey dəyişdi, irəliyə doğru bir addım atıldı. Bütün bunları sabitləşdirmək vacibdir. Çox iş var, darıxmağa vaxt yoxdur”.
Xatırladaq ki, Musayev 2021-ci ildən “Sabah”ı çalışdırır. Onun komandası hazırda Premyer Liqada 2-ci pillədə qərarlaşıb.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”