Digər
“Murov”dan darmadağın
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan qarşılaşma Fərid Cəlalovun komandasının üstünlüyü ilə başlayıb.
İlk hissədə 25:20 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb – 25:18, 25:12.
Beləliklə, “Murov” 3:0 (25:20, 25:18, 25:12) hesablı qələbədən sonra xallarının sayını 6 – ya çatdırıb. “Sərhədçi” komandasının isə hələ də xalı yoxdur. “Neftçi” komandasının 6, MOİK və “Ekspress” komandalarının isə hərəyə 3 xalı var.
Xatırladaq ki, fevralın 12-də isə 5-ci turun matçları keçiriləcək. Günə saat 15:00-da “Neftçi” – “Sərhədçi” qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – “Ekspress” matçı başlayacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-18 00:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 08:32
Kloze də Mahiri istəyir, əlcəzairlilər də: o isə “Qarabağ”a can atır