Ölkə futbolu
Musayev klub rəhbərliyi ilə münaqişəyə dair xəbərləri təkzib etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev bu komandadan klub rəhbərliyi ilə aralarında münaqişə yaşandığı üçün vidalaşdığı barədə yayılmış xəbərləri təkzib edib.
Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
“Mətbuatda deyirlər ki, mənim rəhbərliklə münaqişəm var idi? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta bu münasibətin ideal olduğunu deyə bilərəm.
Klubda keçirdiyim hər gün onların dəstəyini hiss etmişəm. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi ilə bağlı uzun müddət danışa bilərəm və bunlar yalnız müsbət sözlər olar”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı