Dünya futbolu
MY De Xeanı saxlayır – maaşını azaltmaq şərtilə
“Mançester Yunayted” qapıçı David de Xea ilə yeni müqavilə imzalamağa yaxındır.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub futbolçunun agentləri ilə danışıqlar aparıb və müqavilənin şərtlərini razılaşdırıb.
De Xeanın İngiltərə klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yeni müqavilə maaşın azaldılması ilə 2 və ya 3 il müddətinə qüvvədə olacaq.
De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. 32 yaşlı ispaniyalı qolkiper bu mövsüm 20 oyuna çıxıb, 23 qol buraxıb.
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov